“Pandemiya dövründə 327 min şəxsin işdən çıxması ilə bağlı məlumat verildi. Amma 387 min insan isə işə qəbul olunub. Qeyd edək ki, ola bilsin bu insanlar daha yaxşı maaşlı işə girib”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
“Heç kəs onların məcburi yolla ərizə yazdırılaraq işdən çıxarıldığını deyə bilməz. Vətəndaşlar üçün belə hal yaranarsa, dövlət qurumları var. Onlar öz hüquqlarından istifadə edə bilər”.
Musa Quliyev bildirib ki, pandemiya dövründə 8800-dən çox iş yeri bağlanıb.
"Eyni zamanda 15 mindən çox iaşə yeri bağlanıb. Bu yerlər də turizmlə bağlıdır. Son 3 ildə əmək müqavilələrinin bağlanması halları 30 % yüksəlib. Bu da əməkhaqqı fondunun artmasına səbəb olur”.