Modern.az

Öz ərizəsi ilə işdən çıxanlara müavinət verilə bilər

Öz ərizəsi ilə işdən çıxanlara müavinət verilə bilər

Aktual

20 Dekabr 2021, 16:00

Öz ərizəsi ilə işdən çıxanlarla bağlı Dövlət Məşğulluq Agentliyi ilə danışıqlar aparırıq.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsində deyib.

Komitə sədri bildirib ki, gələcəkdə öz ərizəsi ilə işdən çıxan və bir müddət işsiz olan şəxslərə hər hansı bir şəkildə sosial müavinət və ya dəstək verilə bilər.

"Bununla bağlı Dövlət Məşğulluq Agentliyi ilə danışıqlar aparılır". 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...