Tbilisidə Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Qaribaşvili arasında təkbətək söhbət olub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin dəftərxanası məlumat yayıb.
Baş nazirlər Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikitərəfli ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəlmiş növbəti iclasının keçirilməsinin aktuallığını qeyd ediblər.
Nikol Paşinyan və İrakli Qaribaşvili əmin olduqlarını bildiriblər ki, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial var və bütün səylər onun ən yaxşı və səmərəli şəkildə həyata keçirilməsinə yönəldilməlidir.
Hər iki ölkənin hökumət başçıları Cənubi Qafqazda baş verən hadisələr, eləcə də ikitərəfli maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.