2022-ci il Davos Dünya İqtisadi Forumu təxirə salınıb.
Modern.az-ın məlumatına görə, bu barədə forumun direktoru Adrian Monk bildirib.
O qeyd edib ki, forum koronavirusun "omikron" ştammının yayılması ilə bağlı qeyri-müəyyənliklə əlaqədar təxirə salınıb.
Qeyd olunub ki, forumun gələn ilin yay aylarında keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, 2022-ci il Davos Forumu yanvarın 17-21-də keçirilməli idi.