Elnur Məmmədov müvəqqəti olaraq, nazirliyin İdman şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Modern.az xəbər verir ki, müvafiq əmr Gənclər və idman naziri Fərid Qayıbov tərəfindən verilib.
Bu təyinatadək Elnur Məmmədov müxtəlif idman federasiyalarında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Qırğızıstan Respublikasında idman sahəsində çalışıb.