Modern.az

Rusiya "Google"u cərimələdi

Rusiya

Aktual

24 Dekabr 2021, 17:57

Rusiya məhkəməsi "Google"u qadağan olunmuş məzmunu silmədiyinə görə rekord məbləğdə cərimələyib.

 

Modern.az xəbər verir  ki, Moskva məhkəməsi "Google"u Rusiya hakimiyyətinin tələblərinə baxmayaraq qadağan olunmuş məzmunu silmədiyinə görə, 98,1 milyon dollar cərimə yazıb. 

 

"Google" həmçinin 2015-ci ildə qaldırdığı iddiaya görə 450 milyon rubl cərimə ödəyib.

İlk dəfədir ki, bir İT şirkəti Rusiyada dövriyyəsinin miqyasına görə maliyyə cəzaları ilə üzləşir.

 

Dövriyyə cəzası Rusiya İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ən sərt cəzadır və təkrar pozuntular üçün tətbiq edilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı