Modern.az

Azərbaycanda kompüter istehsalı artıb

Azərbaycanda kompüter istehsalı artıb

Aktual

25 Dekabr 2021, 19:36

Azərbaycanda kompüter istehsalı artıb.

 

Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin yanvar-noyabr aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 198,0 milyon manatlıq məhsul istehsal olunub.

 

Əvvəlki ilin yanvar -noyabr ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 11,9 f aiz artıb, elektrik avadanlıqlarının istehsalı isə 19,1 faiz azalıb.

 

Dövr ərzində əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 1000 V-dək g ərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 2,1 dəfə, mayelərin m əsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 59,8 faiz, q əbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 34,9 faiz artıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı