Sabirabad şəhərində yanğın hadisəsi baş verib.
Modern.az FHN-in saytına istinadən xəbər verir ki, ümumi sahəsi 220 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 140 m² sahədə, evə bitişikümumi sahəsi 40 m² olan talvarın taxta atmaları yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb