Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində ümumi sahəsi 240 kvadratmetr (hər mərtəbəsi 120 kvadratmetr) olan ikimərtəbəli 6 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, evin ikinci mərtəbəsində bir otağın tavanı 10 kvadratmetr sahədə və dam örtüyünün yanar konstruksiyaları 5 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.