Modern.az

Qazı olmayan sakinlər Modern.az-dan mədəd umurlar - Problem

Qazı olmayan sakinlər Modern.az-dan mədəd umurlar - Problem

Aktual

18 Dekabr 2012, 15:29

Havalar bir balaca soyuyan kimi mövsümi və ənənəvi problemlərimiz yenidən gündəmə gəldi. Şaxtalı hava özü ilə paytaxta qaz problemini də gətirdi. Belə ki, Bakının əksər rayonları ilə yanaşı, Binəqədi şosesi deyilən ərazidə, Binəqədi kəndində, Dövlət Yol Polisi İdarəsinin yaxınlığındakı yaşayış massivində və Nəsimi rayonu Novruzov qardaşları ərazisində yaşayan sakinlər mavi yanacaq sarıdan əziyyət çəkirlər.

  Həmin ərazidə yaşayan sakinlər artıq uzun müddətdir ki, mavi yanacaq problemi yaşadıqlarını deyirlər. Sakinlər hər yerdən əllərini üzüb Modern.az-a şikayət ünvanlayıblar. Şikayətçilər deyirlər ki, onlar qazın təzyiqinin olmaması səbəbindən əziyyət çəkirlər: “Problemlə bağlı müvafiq orqanlara dəfələrlə müraciət etmişik. Ancaq dərdimizə əlac edilməyib. Qazın təzyiqinin zəifliyi o həddə çatıb ki, yoxluğa bərabərdir. Hətta elə olur ki, qazı ancaq bir-iki saat ala bilirik. O da çox zəif təzyiqdə. Qarşıdan isə soyuq şaxtalı qış ayları gəlir. Qaz olmadığından evlər də buz bağlayıb. Hər il olduğu kimi bu il də eyni problemi yaşamağa məcburuq”.

Modern.az problemlə bağlı rəsmi münasibət öyrənəcək.  

Gültəkin Ələsgər
     
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı