Modern.az

Gəncədə kişi meyiti tapıldı

Gəncədə kişi meyiti tapıldı

Aktual

30 Dekabr 2021, 23:14

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Məmmədova Qəndab Xosrov qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...