Modern.az

Bu qidalar xərçəng riskini artırır

Bu qidalar xərçəng riskini artırır

Aktual

31 Dekabr 2021, 09:17

Xərçənglə qida arasında birbaşa əlaqə olmasa da, araşdırmalar göstərir ki, emal edilmiş qırmızı ət xərçəng riskini artırır.

Modern.az xəbər verir ki, bura vetçina, bekon, salyami və kolbasalar daxildi.

Təxminən yarım milyon insanın iştirak etdiyi bir araşdırma sübut edib ki, həftədə azı dörd dəfə emal olunmuş ət yeyən insanların bağırsaq xərçənginə tutulma riski onu həftədə iki dəfə yeyənlərə nisbətən 20% daha yüksəkdir.

Qeyd edək ki, bir müddət əvvəl diyetoloq Nuriya Dianova isti yeməklərin qəbulunu da xərçəng xəstəliyinə tutulma riski ilə əlaqələndirib. Onun sözlərinə görə, həddindən artıq isti yemək və isti içki istehlak etmək qida borusunda termal yanıqlara səbəb ola bilər ki, bu da xərçəng riskini artırır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı