Modern.az

Oğul anasını baltaladı

Oğul anasını baltaladı

Aktual

13 Yanvar 2022, 19:42

Xaçmazda oğul anasına balta ilə xəsarət yetirib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əzizli kəndində qeydə alınıb.

 

Kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona baş və sifətin kəsilmiş-deşilmiş yarası, kəllə-beyin travması diaqnozu qoyulub.

 

İlkin məlumata görə, hadisəni qadının oğlu anası ilə münaqişə zəminində yetirib.

 

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı