Modern.az

Bizim tarix və bəşəriyyət qarşısında alnımız açıqdır

Bizim tarix və bəşəriyyət qarşısında alnımız açıqdır

Aktual

17 Yanvar 2022, 12:17

Azərbaycan hər zaman açıq və şəffaf siyasət yürüdüb, elan etdiyi prioritetlərə uyğun və beynəlxalq hüququn müstəqil subyekti kimi məsuliyyətli davranıb, öhdəliklərinə sadiq qalıb. Azərbaycan Prezidentinin “bizim sözümüz imzamız qədər keçərlidir” deyimi, sadəcə şüar deyil, dövlətimizə və onun liderinə olan yüksək etimadın ümumiləşdirilmiş ifadəsidir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputataı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Deputat qeyd edib ki, Azərbaycanın istər müharibə, istər keçmiş Qarabağ münaqişəsinin baş vermiş həlli, istərsə də regionun gələcəyi ilə bağlı dəyişməz, prinsipial və əsaslandırılmış mövqeyi var: “Bu xüsusda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demorkasiyası, kommunikasiyaların açılması və digər bu kimi məsələlərlə bağlı irəliləyişə nail olmağın yolu, hər iki ölkənin bir-birinin ərazi bütövlüyünün tanınmasından keçir. Prezident İlham Əliyevin bütün bu məsələlərlə bağlı mövqeyi Azərbaycan Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə, 44 günlük müharibənin regionda yatratdığı reallıqlara və təbii ki, sadə, sağlam məntiqə söykənir. Əgər dövlətlərin qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüklərini tanımaları haqqında qərarları yoxdursa, o zaman sərhədlərin delimitasiya və demarkasiyasından da söhbət gedə bilməz. Bir dövlət digərinin beynəlxalq miqyasda qəbul edilmiş ərazi bütövlüyünü, sərhədlərini tanımalıdır ki, həmin sərhədlərin delimitasiya və demarkasiya prosesi də aparılsın. Əks təqdirdə delimitasiya və demarkasiya prosesinin aparılmasının nə hüquqi əsası, nə də məntiqi izahı ola bilməz”.

 

Azər Kərimli bildirib ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, o zaman rəsmi Bakı da eyni davranışı sərgiləyəcək: “Bundan uduzan da yalnız Ermənistan olacaq. Çünki nə tarixi, nə də hüquqi nöqteyi-nəzərdən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması üçün əsas yoxdur. Ermənilərin Azərbaycan torpaqlarına necə və haradan köçürüldüklərini hər kəs bilir. Bu, bir o qədər də uzaq tarixdə baş verməyib, tarixi sənədlər, arxiv materialları qalır. Bugünkü Ermənistan torpaqlarının azərbaycanlılara məxsus olması, XIX əsrin  əvvəllərinədək sözügedən ərazilərdə yaşayan soydaşlarımızın sayının ermənilərdən dəfələrlə çox olduğu, həmvətənlərimizin tarixin müxtəlif dövrlərdə bir neçə dəfə öz doğma yurd yerlərindən deportasiya olunmaları təkzibolunmaz tarixi faktlardır. Məhz bu baxımdan, əgər söhbət əsaslı və gerçək ərazi iddiasından gedərsə, bu hüquqi və mənəvi əsas yalnız azərbaycanlılara məxsusdur”. 

 

Deputat qeyd edib ki, müharibənin başa çatmasından bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, Azərbaycan ədalətli müharibədə qazandığı qələbənin legitimliyinin beynəlxalq səviyyədə tanınmasına nail ola bilib: “Cənab Prezident də yerli televiziyalara müsahibəsində vurğuladı ki, Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanın mənafeyi mifə, yalana deyil, həqiqətə söykənir. Biz beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin toxunulmazlığını Azərbaycan vətəndaşlarının konstitusion hüquqularına, BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq təmin etmişik. Və 44 günlük müharibədə, Azərbaycan işğalçıya qarşı müharibə apardığına baxmayaraq, beynəlxalq humanitar hüququn tələblərinə tamamilə əməl edib, ləyaqətli müharibə aparmağın nümunəsini yaradıb. Bizim tarix və bəşəriyyət qarşısında alnımız açıqdır”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı