Modern.az

Qurban Qurbanov dünya məşqçilərinin reytinqdə 2 pillə irəlilədi

Qurban Qurbanov dünya məşqçilərinin reytinqdə 2 pillə irəlilədi

Aktual

17 Yanvar 2022, 17:38

Dünya məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, siyahıda karyerasını davam etdirən ən yaxşı 500 mütəxəssisin adı yer alıb.

 

Planetin ən güclü məşqçiləri arasında Azərbaycan bir mütəxəssislə təmsil olunub. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov sonuncu dəfə iki həftə öncə açıqlanan cədvəllə müqayisədə 2 pillə irəliləyib. 50 yaşlı mütəxəssis 1592 xalla dünyanın 221-cisidir.

 

Qeyd edək ki, siyahının ilk üç pilləsində Pep Qvardiola (2197), Yurgen Klopp (2090) və Joze Mourinyo (2059) qərarlaşıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı