Modern.az

Toyda cərimələnənlərin sayı

Toyda cərimələnənlərin sayı

Aktual

18 Yanvar 2022, 09:21

Yanvarın  17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqini həyata keçirib.  


Modern.az xəbər verir ki, monitorinq 62 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.


Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:


- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  


- 12 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!