Modern.az

Ova cəhd edən şəxs cəzalandırılıb

Ova cəhd edən şəxs cəzalandırılıb

Aktual

18 Yanvar 2022, 10:20

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Milli Parkın “Kiçik körfəz” adlanan ərazisində ova cəhd edən şəxs saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini Tarqulu Mirzəyev olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb.

 

“Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV