Modern.az

Ceyhun Bayramov Avstriyaya getdi

Ceyhun Bayramov Avstriyaya getdi

Aktual

18 Yanvar 2022, 11:15

18 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfərlə yola düşüb.


XİN-dən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək.

 

Səfər çərçivəsində həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.           

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!