2021-ci ildə Azərbaycana readmissiya olunanların sayı 420 nəfər olub.
Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) 2021-ci il ərzində fəaliyyətinə dair keçirilən mətbuat konfransında qurumun sədri Vüsal Hüseynov bildirib.
Sədrin sözlərinə görə, readmissiya olunanların ölkəyə gətirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq razılığı əsasında çarter reysləri ilə həyata keçirilib:
“Ötən il readmissiya edilənlərin sayı əvvəlki illə müqayisədə 2,9 dəfə çoxdur.
Ümumiyyətlə, Avropa İttifaqı ilə readmissiya ilə bağlı saziş imzalanan 2014-cü ildən indiyə kimi 2013 nəfərin readmissiyası həyata keçirilib. Lakin daxil olan 4160 şəxsin isə sorğusu müsbət cavablandırılıb. Bu il üçün 2147 şəxsin də readmissiyası nəzərdə tutulub”.