Modern.az

Bir həftədə 18 milyondan çox insan virusa yoluxub

Bir həftədə 18 milyondan çox insan virusa yoluxub

Aktual

19 Yanvar 2022, 08:55

Dünyada son bir həftə ərzində 18 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

 

ÜST rəhbəri qeyd edib ki, pandemiya ilə mübarizə aparan səhiyyə üçün yaxın bir neçə həftə kritik olacaq:

 

“Koronavirusun “omikron” ştamı bütün dünyada sürətlə yayılmağa davam edir. Ölənlərin sayı hələlik stabil olaraq qalır, lakin biz “omicron”un artıq həddindən artıq yüklənmiş səhiyyə sistemlərinə təsirindən narahatıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır