Modern.az

Qarabağa icazəsiz getdi - TUTULDU

Qarabağa icazəsiz getdi - TUTULDU

Aktual

1 Fevral 2022, 10:48

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində bir nəfər Beyləqan rayon sakini idarə etdiyi “Qazel” markalı avtomobillə nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə daxil olmağa cəhd edib.

 

Onun bu əməlinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Həmin şəxsin məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq barəsində toplanmış materiallar aiddiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı