"Ötən il Azərbaycandan əcnəbi vətəndaşlara övladlığa uşaq verilməyib".
Modern.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov bildirib.
Onun sözlərinə görə, həmin müddət ərzində əcnəbilər tərəfindən övladlığa uşaq götürmə ilə bağlı müraciət olmayıb:
Sədr əlavə edib ki, ötən il yalnız ailəli şəxlərə övladlığa uşaq verilib:
"Heç bir subay vətəndaş övladığa uşaq götürməklə bağlı müraciət etməyib. Uşaq götürən ailələrlə keçirilən monitorinq zamanı neqativ hal qeydə alınmayıb. Həmçinin ötən il sağlamlıq imkanı məhdud uşaqlardan övladlığa götürülmə olmayıb".