Modern.az

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı açıqlanıb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı açıqlanıb

Aktual

9 Yanvar 2013, 14:26

2013-cü il yanvarın 1-i tarixinə olan statistikaya əsasən,  ötən ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 15,2 faiz artıb. 2012-ci ilərzində DSMF tərəfindən əlavə olaraq 299 220 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan  sığortaolunanların sayı 2266 074 nəfərə yüksəlib. Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 57,1 faizi kişi, 42,9 faizi isə qadındır. 

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,8 faizini 30 yaşa kimi vətəndaşlar, 23,5 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 23,1 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 21,3 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,3 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Hazırda “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsinin daha da genişləndirilməsi tədbirləri davam etdirilməkdədir.

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

 Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı