Modern.az

Saxta pulla yanacaq alan şəxs tutuldu

Saxta pulla yanacaq alan şəxs tutuldu

Aktual

8 Fevral 2022, 11:05

Beyləqanda saxta əsginas istifadə edən şəxs müəyyən edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il dekabrın 28-də vətəndaşa 5 ədəd 200 manatlıq saxta əsginas verməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov saxlanılıb.

 

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun 2021-ci il dekabrın 23-də 2-ci Aşıqlı kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində operatora 1 ədəd 200 manatlıq saxta əsginas verib 10 litr yanacaq alması da müəyyən edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı