Modern.az

ADU-nun Konfutsi İnstitutu “İlin heroqlifi” müsabiqəsini elan edib

ADU-nun Konfutsi İnstitutu “İlin heroqlifi” müsabiqəsini elan edib

Aktual

8 Fevral 2022, 11:22

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu çinşunas tələbələri və Çin dili kurslarının dinləyicilərini diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuş “İlin heroqlifi” tarixi-linqvistik müsabiqəsində iştiraka dəvət edir.

 

Modern.az xəbər verir ki, müsabiqə iştirakçıları Azərbaycan-Çin münasibətlərinin otuz illik tarixindən bir və ya bir neçə il üçün “İlin heroqlifi”ni seçməyə dəvət olunurlar. “İlin heroqlifi” müvafiq ilin Azərbaycan - Çin münasibətləri tarixində ən mühüm hadisəni xarakterizə etməlidir. 

 

Seçilmiş “İlin heroqlifi” tarixi hadisə haqqında izahlı mətn ilə 20 mart 2022-ci il tarixinədək [email protected]  elektron poçt ünvanında qəbul edilir.

 

Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, elan olunmuş müsabiqənin məqsədi tələbələrin Çin dili və Azərbaycanla - Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrin tarixinə marağı dəstəkləməkdir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı