Modern.az

İdmançımız Olimpiadada finala vəsiqə qazandı

İdmançımız Olimpiadada finala vəsiqə qazandı

Aktual

8 Fevral 2022, 13:26

Bu gün Pekində ilk yarışına çıxan idmançımız Vladimir Litvintsev 1-ci qısa proqramını bitirib.

 

Modern.az xəbər verir ki, o, 84,15 bal toplayaraq 18-ci yerə çıxıb və finala vəsiqə qazanıb.

 

Növbəti dəfə fevralın 10-da kişi fiqurlu konkisürənlərin sərbəst proqramında çıxış edəcək Litvintsev bugünkü çıxışından razı qaldığını bildirib: “Sübh tezdən başlayan məşqlərimiz çox çətin olur. Ona görə də ilk növbədə istirahət edəcəm ki, fevralın 10-u keçiriləcək yarışda da proqramımı düzgün yerinə yetirim”.

 

Qeyd edək ki, V.Litvintsevlə yanaşı bu gün yarışa qatılan 30 iştirakçıdan 24-ü finala yüksəlib.

 

Azərbaycan Olimpiya Komandasının digər üzvü, fiqurlu konkisürmədə qadınların yarışında çıxacaq Yekaterina Ryabova fevralın 12-si Pekinə yola düşəcək. Ryabovanın yarışı  15 və 17 fevral tarixlərində baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı