ABŞ və Rusiya prezidentləri Co Baydenlə Vladimir Putin arasında telefon danışığı Vaşinqton vaxtı ilə şənbə günü səhər (Moskva vaxtı ilə günorta) baş tutacaq.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü bildirib.
"Prezident Bayden və Rusiya prezidenti Putin şənbə günü səhər danışacaqlar",- deyə açıqlamada qeyd edilib.
Amerika tərəfinin bildirdiyinə görə, Rusiya telefon danışığını bazar ertəsi aparmağı təklif edib. Ağ Ev isə buna şənbə günü başlamağı təklif edib və tərəflər razılaşıblar.
Rusiya Federasiyası və ABŞ prezidentləri sonuncu dəfə ötən ilin sonunda telefonla danışıblar. Bundan əvvəl dekabrın 7-də onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar. Putin və Bayden arasında dövlət liderləri kimi ilk təkbətək görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.