Modern.az

Bu ölkə də vətəndaşlarını dərhal Ukraynadan çıxarır

Bu ölkə də vətəndaşlarını dərhal Ukraynadan çıxarır

Aktual

12 Fevral 2022, 10:36

Yeni Zelandiya hökuməti də Ukraynada olan vətəndaşlarını yaranmış vəziyyətlə əlaqədar bu ölkəni dərhal tərk etməyə çağırıb.



Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Yeni Zelandiya Xarici İşlər Nazirliyinin rəhbəri Nanaiya Mahuta ölkə hökumətinin saytında dərc olunmuş bəyanatında bildirib.

 

“Rusiya ilə Ukrayna arasında gərginliyin artması fonunda Yeni Zelandiya hökuməti Ukraynadakı yeni zelandiyalılara dərhal ölkədən getməyi tövsiyə edir. Vəziyyət qısa müddətdə dəyişə bilər və yeni zelandiyalılar bu şəraitdə evakuasiyaya etibar etməməlidirlər”.
 

Makhuta vurğulayıb ki, Yeni Zelandiyanın Ukraynada diplomatik nümayəndəliyi yoxdur, ona görə də hökumətin bu ölkədə yeni zelandiyalılara konsulluq yardımı göstərmək imkanları çox məhduddur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı