Modern.az

İpdən yuyulmuş paltarları OĞURLADI

İpdən yuyulmuş paltarları OĞURLADI

Aktual

12 Fevral 2022, 11:59

Səbail RPİ-nin 41-ci Polis Bölməsinə fevralın 11-nə keçən gecə Badamdar qəsəbəsi ərazisindəki mənzillərdən birinin eyvanındakı zivədən 90 manat dəyərində geyim əşyalarının oğurlanması barədə məlumat daxil olub.

 

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini H.Səfərova qısa müddətdə müəyyən edilərək saxlanılıb.

 

Ətrafında aparılan tədbirlərlə onun həmin gün qəsəbə ərazisində daha 3  evin eyvanlarındakı zivədən geyim əşyaları oğurlaması da müəyyən edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı