Modern.az

Ermənistanda ehtiyatda olan zabitlər təlimlərə ÇAĞIRILDI

Ermənistanda ehtiyatda olan zabitlər təlimlərə ÇAĞIRILDI

Aktual

12 Fevral 2022, 13:04

Ermənistan Müdafiə Nazirliyi bu il aprelin 1-dən iyunun 30-dək ehtiyatda olan hərbçilər üçün təlim-məşq toplanışları keçirməyi planlaşdırır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təlimlərə
hərbi nəqliyyat maşınları da cəlb olunacaq.

Təlimlərdə 1205-i sıravikiçik rütbəli, 65-i yuxarı rütbəli, 130-u raket və artilleriya ixtisasları üzrə ehtiyatda olan zabitlər olmaqla 1400-dək şəxsin iştirak edəcəyi bildirilir. Hərbi nəqliyyat vasitələrinin isə 136-ya çatacağı qeyd edilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı