Modern.az

Rusiyalı hücumçu "Fənərbaxça"nın hədəfində

Rusiyalı hücumçu

Aktual

12 Fevral 2022, 15:03

Türkiyənin “Fənərbaxça” klubu növbəti mövsümdə hücum xəttində oynamaq üçün təcrübəli futbolçu axtarışındadır.

 

Modern.az xəbər verir ki, komanda bu səbəbdən rusiyalı hücumçu Artem Dzyubanı gündəmə gətirib.

 

Transfer qiyməti 9 milyon avro olan Artem Dzyuba hava toplarında səmərəliliyi və güclü bədən quruluşu ilə diqqət çəkir. Hündürboylu 33 yaşlı Artem Dzyuba bu mövsüm Rusiyada “Zenit”in heyətində 17 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

 

Boyuna görə hava toplarında təsirli olan futbolçu Rusiya millisində 55 matçda 30 qol vuraraq diqqət çəkib.

 

Turqay Musayev

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı