Modern.az

Lavrov Blinkenlə Ukrayna barədə danışdı

Lavrov Blinkenlə Ukrayna barədə danışdı

Aktual

12 Fevral 2022, 16:48

Rusiyanın xarici işlər naziri Sergey Lavrov şənbə günü ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

Modern.az RİA "Novosti"yə istinadən xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onın sözlərinə görə, söhbət Amerikanın təşəbbüsü ilə baş tutub.

Danışıq zamanı Lavrov vurğulayıb ki, ABŞ və müttəfiqlərinin Ukraynaya qarşı “Rusiyanın təcavüzü” ilə bağlı başlatdığı təbliğat kampaniyası təxribatçı məqsədlər güdür, Kiyev hakimiyyətini Minsk razılaşmalarını sabotaj etməyə və “Donbas problemini” güc yolu ilə həll etmək üçün zərərli cəhdlərə sövq edir.

XİN rəhbəri qeyd edib ki, Vaşinqton və Brüssel Rusiyanın təqdim etdiyi təhlükəsizlik zəmanətləri haqqında saziş layihələrinə reaksiyası əsas məsələləri, ilk növbədə, alyansın genişlənməməsi ilə bağlı müddəaları gözardı edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı