İranda ötən sutka ərzində 18 598 nəfər koronavirusa yoluxub, 133 pasiyent dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə viusa yoluxanların sayı 6 780 453, ölənlərin sayı isə 133 570 nəfərə çatıb. Hazırda 3343 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 281 274 nəfər koronavirusdan sağalıb, 45,9 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, qonşu ölkədə 137 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54,7 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 21 milyon nəfərdir.