Modern.az

“Pekin-2022”də medal sıralaması - Lider dəyişmədi

“Pekin-2022”də medal sıralaması - Lider dəyişmədi

Aktual

12 Fevral 2022, 22:17

Pekində keçirilən Qış Olimpiya Oyunlarının medal sıralamasının yuxarı pillələrində əvvəlki günə nisbətən ciddi dəyişiklik olmayıb.

 

Modern.az xəbər verir ki, Olimpiadanın geridə qalan doqquz gününün nəticələrinə əsasən, Almaniya yığması liderliyini davam etdirir, onun hesabında 8 qızıl, 5 gümüş və 1 bürünc medal var. İlk beşlikdə, Almaniya ilə yanaşı, Norveç (8 qızıl, 3 gümüş, 6 bürünc medal), ABŞ (5, 5, 1), Niderland (5, 4, 2) və İsveç (5, 2, 3) yığmaları yer alır.

 

Oyunlara ev sahibliyi edən Çin medal sıralamasında əvvəlki kimi, yeddinci yerdədir. ÇXR yığması hesabına hələlik 4 qızıl, 3 gümüş və 1 bürünc medal yazdıra bilib.

 

Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar. Oyunlar fevralın 20-də başa çatacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı