Zaqatalada 18 yaşlı gənc itkin düşüb.
Modern.az xəbər verir ki, bu barədə itkin düşən 18 yaşlı Məlik İlqar oğlu Ağaməmmədovun yaxınları məlumat verib.
Bildirilib ki, 3-cü Tala kəndində yaşayan M.Ağaməmmədov fevralın 7-i səhər işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun itkin düşməsi barədə Zaqatala Rayon Polis Şöbəsinə məlumat verilib.
Məlik Ağaməmmədov rayon mərkəzində avtomobil şinlərinin təmizlənməsi ilə məşğul olub.
Onu görənlərdən Zaqatala Rayon Polis Şöbəsinə və 050 674 85 94 mobil nömrəsinə zəng etmələri xahiş olunur.