Modern.az

Heyvanlarla bağlı referendum KEÇİRİLDİ

Heyvanlarla bağlı referendum KEÇİRİLDİ

Aktual

14 Fevral 2022, 09:56

İsveçrədə heyvanların elmi tədqiqatlarda sınaq subyekti kimi istifadəsi barədə referendum keçirilib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, təxminən 2,3 milyon seçicinin iştirak etdiyi ümumxalq səsverməsi 79,1 faiz “xeyr” və 20,9 faiz “hə” səsi ilə nəticələnib.


Mövzu ilə bağlı İsveçrənin dövlət agentliyi SDA-ya danışan Lucerne senatoru Andrea Gmür, "İsveçrə xalqı belə bir qadağanın həm insanların, həm də heyvanların sağlamlığını riskə atacağının şüurunda hərəkət edib", - deyə qeyd edib.


Qeyd edək ki, referandumdan sonra heyvanların minimal zərərlə, elmi tədqiqatlarda subyekt kimi istifadə edilməsi qanuni olmağa davam edəcək.

 

Turqay Musayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı