Modern.az

Sənədsiz ov tüfəngləri vətəndaşlardan alındı

Sənədsiz ov tüfəngləri vətəndaşlardan alındı

Aktual

14 Fevral 2022, 10:02

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

 

DİN-dən Modern.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 12-də və 13-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb.

 

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.

 

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı