Bazar günü keçirilən Pepsi Super Bowl LVI Halftime Show nəinki hip-hopun ən böyük sənətçilərini nümayiş etdirməsi, həm də Eminemin diz çökməsi ilə gündəmdə qalıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur rep ulduzu 2002-ci ildə yazdığı "Lose Yourself" hitini ifa etdikdən sonra diz çöküb. Diz çökmə hərəkəti ilk dəfə NFL-in keçmiş oyunçusu Colin Kaepernick tərəfindən polis vəhşiliyinə və irqi ayrı-seçkiliyə etiraz olaraq istifadə edilib.
“San Francisco 49ers”in keçmiş yarımmüdafiəçisi Kaepernick, 2016-cı il hazırlıq oyununda dövlət himni zamanı polis zorakılığı və irqi ayrı-seçkiliyə etirazın bu formasını başlatdığı üçün ciddi şəkildə tənqid edilib. O vaxtdan bəri idmanın bütün səviyyələrindən olan idmançılar Kaepernick və onun mesajı ilə həmrəy olaraq dövlət himni zamanı diz çökür.
Xatırladaq ki, 2017-ci ildə, BET Hip Hop Mükafatları zamanı o, keçmiş prezident Donald Trampa səslənərək, Kaepernickin irqçilik və polis vəhşiliyi haqqında mesajını dəstəklədiyini deyib və bununla bağlı 4,5 dəqiqəlik sərbəst rep ifa edib.
Turqay Musayev