İranın dəstəklədiyi Husilərin Yəmənin qərbindəki Həcc əyalətinə raket hücumu olub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə 2 mülki vətəndaş həyatını itirib, 2 nəfər isə yaralanıb.
Husilərin ölkənin cənubundakı Taiz vilayətinin Abdele bölgəsindəki qaçqın düşərgəsinə təşkil etdiyi hücum zamanı isə 3-ü uşaq, 1-i qadın olmaqla 4 nəfər yaralanıb.
Turqay Musayev