Modern.az

Ötən gün ölkədə 76 yanğın olub

Ötən gün ölkədə 76 yanğın olub

Aktual

14 Fevral 2022, 12:02

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 76 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.

 

Ötən sutka ərzində Bakı şəhərinin Nizami rayonunda 1932-ci il təvəllüdlü Mənsurova Soltan Muxtar qızının meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı