Modern.az

70 mindən çox erməni ölkəsindən üz döndərdi

70 mindən çox erməni ölkəsindən üz döndərdi

Aktual

14 Fevral 2022, 14:04

Ermənistanı tərk edənlərin sayı getdikcə artır.

 

Modern.az xəbər verir ki, "Joğovurd" qəzetinin yaydığı məlumata görə, keçən il 73 min 571 nəfər erməni ölkəsinə geri qayıtmayıb.

 

Ümümilikdə isə 762 792 nəfər Ermənistanı tərk edib,  onlardan 687 221 nəfəri geri qayıdıb. Digərləri isə ölkələrinə qayıtmaqdan imtina ediblər.

 

Bundan əlavə, keçən ilin birinci yarısında 22 minə yaxın Ermənistan sakini Rusiya vətəndaşlığını qəbul edib. Bu isə son 4 il ərzində qeydə alınan rekord göstəricidir. 

 

Məlumata görə, ötən il 161 minə yaxın Ermənistan vətəndaşı "Green card" qazanmaq üçün müraciət edib.
   

Onu da qeyd edək ki, Ermənistanda məxməri inqilabdan əvvəl, yəni Paşinyanın hakimiyyətə gəlişindən öncə - 2017-ci ildə bu ölkəni tərk edib, geri qayıtmayanların sayı 36 200 nəfər olub.
        

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı