Modern.az

Lukaşenko Qərbi ittiham etdi: “Bu müharibə onlara lazımdır”

Lukaşenko Qərbi ittiham etdi: “Bu müharibə onlara lazımdır”

Aktual

14 Fevral 2022, 15:35

Qərb Ukrayna ilə bağlı münaqişəni qızışdırmağa çalışır, lakin heç kim bu ölkəyə qarşı müharibə planlaşdırmır.



Modern.az BelTA istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Ukraynanın siyasi və dövlət xadimi Aleksandr Morozla görüşündə deyib.

 

“Mən artıq görürəm ki, sizin siyasətçilər Qərbin ümumi xəttindən geri çəkilməyə başlayıblar. Mən dəqiq bilirəm ki, Qərb nəyə nail olmaq istəyir: məqsəd konflikt yaratmaqdır. Bilirsiniz, onlar başqasının əli müharibə etmək istəyir ki, qoy ukraynalılar, ruslar, belaruslar ölsün - bu, onlardan uzaq olsun”, - Aleksandr Lukaşenko qeyd edib.

 

Prezident Rusiyanın Ukraynaya hücumu mövzusunun Qərbdə davamlı olaraq səslənməsinə diqqət çəkib.



“Əgər Ukraynaya qarşı hansısa müharibə planlaşdırılsaydı, KİV-lər tamam başqa cür davranardılar. Çünki media müasir müharibənin artilleriya hazırlığıdır”, deyə dövlət başçısı vurğulayıb.



“Və Ukraynadakı müharibə ilə bağlı bu hayqırtılar bir anlığa səngiyən kimi, Amerikadan yenidən siqnal gəlir və bu isteriya qızışmağa başlayır. Yəni bu müharibənin kimə lazım olduğu aydındır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı