Modern.az

Xarici işlər naziri koronavirusa yoluxdu

Xarici işlər naziri koronavirusa yoluxdu

Aktual

14 Fevral 2022, 16:00

Çexiyanın xarici işlər naziri Yan Lipavski koronavirusa yoluxub. 

 

Modern.az xəbər verir ki, bu barədə Çexiyanın "CNN Prima News" telekanalı xəbər verib. Onun sözlərinə görə, xarici işlər naziri özünü təcrid edib və evdən işləyib.

 

Lipavskinin müavinləri nazirlikdə planlaşdırılan və təxirə salına bilməyən iclaslarda iştirak edirlər.

 

Fevralın 9-da Lipavski ilə Ukraynaya səfər edən Slovakiyanın xarici işlər naziri İvan Korçokun da koronavirusa yoluxduğu məlum olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı