Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putinin qəbulunda olub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.
Nazir qeyd edib ki, ABŞ və NATO-ya cavab artıq hazırdır:
“Rusiyanın ABŞ və NATO-ya təhlükəsizlik zəmanətləri ilə bağlı cavabı hazırlanıb, Rusiyanın cavabı 10 səhifədən ibarətdir”.
Rusiya və ABŞ prezidentləri arasında şənbə günü baş tutan telefon danışığından sonra Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Moskva tezliklə ABŞ və NATO-ya təhlükəsizlik zəmanəti ilə bağlı cavab verəcək.