Modern.az

Pele yenidən xəstəxanaya yerləşdirildi

Pele yenidən xəstəxanaya yerləşdirildi

Aktual

14 Fevral 2022, 23:00

Dünya futbolunun canlı əfsanəsi Pele yenidən xəstəxanaya yerləşdirilib.

Modern.az xəbər verir ki, 82 yaşlı veteran futbolçu bağırsaqlarındakı şişin müalicəsi üçün xəstəxanaya yollandığını bildirib.

“Superboula baxmaq üçün artıq böyük televizor və popkorn sifariş etmişəm. Dostum Tom Bredi oynamasa da, matça baxacağam. Bütün dəstək və sevgi mesajlarına görə təşəkkür edirəm” - o deyib.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında bağırsağında yaranmış şişə görə əməliyyat olunmuşdu.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı