Modern.az

ATƏT Donbassda atəşkəsə əməl etməyə ÇAĞIRDI

ATƏT Donbassda atəşkəsə əməl etməyə ÇAĞIRDI

Aktual

21 Fevral 2022, 08:08

Donbassdakı münaqişənin bütün tərəfləri ağır silahlardan istifadəni dayandırmalı və atəşkəsə riayət etməyə qayıtmalıdırlar.

 

Modern.az-ın məlumatına görə, bu barədə ATƏT-in baş katibi Helqa Şmid özünün "Twitter" səhifəsində yazıb.

 

"Mən bütün tərəfləri ağır silahları təhlükəsizlik zonasından çıxarmağa, atəşkəsə riayət etməyə və dinc sakinləri qorumağa çağırıram", - deyə H.Şmid bildirib.

 

Baş katib vurğulayıb ki, ATƏT müşahidəçiləri Minsk razılaşmaları ilə qadağan olunmuş ağır silahlardan istifadənin intensivləşməsini qeydə alıblar: "Dinc əhalinin həyatını təhlükəyə atmaq yolverilməzdir".

Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi