Modern.az

Əli Əsədov İqor Qrosu ilə görüşdü

Əli Əsədov İqor Qrosu ilə görüşdü

Aktual

22 Fevral 2022, 16:57

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 22-də ölkəmizdə səfərdə olan Moldova Respublikası parlamentinin sədri İqor Qrosu ilə görüşüb.

 

Nazirlər Kabinetindən (NK) Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi. İ.Qrosunun səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə edilib.

 

Görüşdə həmçinin Azərbaycan ilə Moldova arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi