Yevlaxda itkin düşən bacı-qardaş tapılıb.
Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Rəsmi məlumata görə, onlar rayon ərazisində aşkarlanaraq ailələrinə təhvil veriliblər.
***
13:40
Yevlax rayonunda bacı-qardaş itkin düşüb.
Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən xəbərə görə, Yevlax rayon sakinləri 2003-cü il təvəllüdlü Ayşə Abdullayeva və qardaşı 2011-ci il təvəllüdlü Elmanın itkin düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Şəkillərdə gördüyünüz şəxsləri tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin 022-33-6-45-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.