Dünya Oyunları 2022-nin Təşkilat Komitəsi Rusiya və Belarus idmançılarını turnirdən kənarlaşdırıb.
Modern.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytında məlumat yer alıb.
Qeyd olunub ki, qərar həmin ölkələrin rəsmilərinə də şamil edilir. Sözügedən qərar Dünya Oyunlarının təşkilinə kömək edən Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsindən sonra qəbul olunub.
Xatırkadaq ki, Dünya Oyunları qeyri-olimpiya idman növləri arasında keçirilən beynəlxalq yarışlardır. Yarışlar 2022-ci ildə iyulun 7-dən 17-dək ABŞ-ın Birmingem şəhərində keçiriləcək. Yarışda 100-dən artıq ölkədən 3 600 elit idmançının çıxışı gözlənilir.