Modern.az

Goranboyda şəhid anaları və xanımları evlərində ziyarət olundu

Goranboyda şəhid anaları və xanımları evlərində ziyarət olundu

Aktual

7 Mart 2022, 13:00

Goranboyda “8 mart-Beynəlxalq Qadınlar Günü” ilə bağlı tədbir keçirildi, Şəhid ailələri evlərində ziyarət olunub.

 

Modern.az xəbər verir ki, Goranboy rayon Heydər Əliyev Mərkəzində “8 mart-Beynəlxalq Qadınlar Günü” ilə bağlı tədbir keçirilib.

 

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, rayonun ictimai-siyasi, sosial-iqtisadi  və mədəni həyatında fərqlənən bir qrup xanımlar və rayon fəalları iştirak etdilər.

 

Mərasimdə iştirak edən xanımlara  hədiyyələr və rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edildi. Həmçinin  rayon İcra Hakimiyyəti başçısının müavinləri  bir qrup ictimai fəallarla birgə Vətən müharibəsinin  şəhid ailələrini evlərində ziyarət ediblər, şəhid analarına və xanımların bayram hədiyyələri təqdim etdilər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı